Azərbaycan Gürcüstana ixrac etdiyi neft və neft məhsullarının həcmini artırıb.

APA-nın yerli bürosunun Gürcüstan Milli Statistika Ofisinin hesabatına istinadən verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Gürcüstana 53,7 mln. ABŞ dolları dəyərində 97 245,7 ton neft və neft məhsulları ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 18% və 29% artıb.