2020-ci ildə Azərbaycan Gürcüstandan 585,3 min ABŞ dolları dəyərində 142 010 litr təbii üzüm şərabı idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik illik müqayisədə 6 061 litr və yaxud 4,45% çoxdur.

Ötən il qonşu ölkədən Azərbaycana ümumi dəyəri 324,1 min ABŞ dolları olan 340 311 litr pivə də ixrac olunub ki, bu da 2019-cu ilin eyni göstəricisindən 10 654 litr və yaxud 3% azdır.