Azərbaycan bu il oktyabrın 1-dən gələn il martın 31-nə qədər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək "Expo 2020 Dubai” sərgisində təmsil olunacaq.

Bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, Azərbaycanın pavilyonu “Gələcək üçün toxumlar” mövzusunda olacaq.

“Expo 2020 Dubai” bütün iştirakçı ölkələrə mədəniyyətlərini, yeniliklərini və inkişafının ən yaxşısını təqdim etmək üçün bir platforma təmin edəcək. Tarixdə ilk dəfə hər ölkənin öz pavilyonu olacaq. “Expo 2020 Dubai” eyni zamanda ənənəvi coğrafi qruplardan uzaqlaşacaq, Fürsət, Mobillik və Davamlılıq olmaqla üç alt mövzuda oxşar çətinliklərlə üzləşən ölkələri birləşdirəcək.