2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 50,9 milyon ABŞ dolları dəyərində 374 ədəd avtobus gətirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 75,6 % çoxdur.
Hesabat dövründə Türkiyədən 46,676 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 272 ədəd (+64 %), Koreya Respublikasından 2,128 milyon ABŞ dolları dəyərində 46 ədəd (1 ildən sonra tədarük bərpa edilib), Almaniyadan 1,113 milyon ABŞ dolları dəyərində (-9,6 %) 39 ədəd (+34,5 %), Çindən 925 min ABŞ dolları dəyərində (+8,3 dəfə) 15 ədəd (+3 dəfə), Fransadan 30,37 min ABŞ dolları dəyərində 1 ədəd (4 il 5 aydan sonra tədarük bərpa edilib) və Rusiyadan 11 min ABŞ dolları dəyərində (-97 %) 1 ədəd (-91 %) nəqliyyat vasitəsi alınıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycana idxal olunan (6 ölkədən) 266 avtobusun 79 %-i Türkiyənin payına düşüb.