Yanvarda operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7% artaraq 2 755,9 mln. kVt/saat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

“Yanvarda İES-lər üzrə 2 664,7 mln. kVt/saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 91,26 mln. kVt/saat elektrik enerjisi istehsal edilib”, - paylaşımda bildirilir.

Məlumata görə, hesabat dövründə ixrac 512.6 mln. kVt/saat, idxal isə 10,8 mln. kVt/saat səviyyəsində olub.