2021-ci il noyabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10 150 713 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ilin əvvəlindən ölkə əhalisinin sayı 31 580 nəfər və ya 0,3 faiz artıb. 

Əhalinin ümumi sayının 53 faizi şəhər, 47 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.