Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkələrində vəsaitlərini əsasən ərzaq məhsullarının alınmasına xərcləyib.
Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının alınmasına xərcləyib.
Bununla yanaşı əhali vəsaitlərinin 4,3 faizini içkilər və tütün məmulatlarının, 14,2 faizini toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizini avtomobil benzini və dizel yanacağının, 5 faizini elektrik malları və mebellərin, 2,1 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizini isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.
Ümumilikdə qeyd olunan dövr ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq, o cümlədən 26 milyard 472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.