Azərbaycana bu ilin birinci yarısında 199,1 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.
İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 8,8 milyon dollar artıb.
Əlavə edək ki, bu dövrdə ölkəyə 145,5 milyon ABŞ dolları dəyərində 493,2 min ton buğda idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 260 milyon dollar çoxdur.
Gözəl Həşimova