İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Vestas Wind Systems A/S" şirkətinin vitse-prezidenti Morten Dirholm ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında bildirib.

Görüşdə, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin iqlim dəyişiklikləri şəraitində əhəmiyyətinin artdığı vurğulanıb.

Həmçinin, ölkəmizdə həyata keçirilən alternativ enerji layihələri, "yaşıl" texnologiyaların tətbiqi və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanları müzakirə edilib.