“Şuşa işğal olunanda mən 13 yaşında idim, məktəbli idim. Biz Şuşanı uşaqlıqdan görmədən sevmişik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankarada keçirilən “Qarabağ Zəfəri konfransı: Azadlığa qovuşan qədim vətən” adlı tədbirdə bildirib.

H.Hacıyev deyib ki, bu gün biz Qarabağda biz erməni terrorunun nəticələrini görürük:

"Onlar Qarabağda bir ağac əkməyiblər. Ağdama artıq Qafqazın Hiroşiması deyilir. Müharibə bitsə də, ermənilərun vəhşilikləri bitmir. Demək olar ki, bir vətəndaşımız ermənilərin basdırdığı minaların qurbanı olur. Azərbaycanın Paşinyan hakimiyyətə gələndə ümidləri vardı ki, o digərlərindən fərqli olacaq. Çünki o, Qarabağ klanında iştirak etməyib. Amma o deyəndə ki, "Qarabağ Ermənistandır nöqtə" hər şey fərqli oldu. Azərbaycan cavabı isə həm masada, həm də döyüşdə verdi. Müharibə vaxtı həm də istifadə etdiyimiz silahlar da dünya tərəfindən pis qarşılanırdı. Qardaş Türkiyənin “Bayraktar”na Qarabağ müharibəsində dünya ölüm silahları deyirdisə, indi Ukrayna müharibəsində sülh mələkləri deyilir”, - PA rəsmisi deyib.