İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı müzakirələr BP şirkətinin baş icraçı direktoru Marri Okinklosla görüşdə aparılıb.

M.Cabbarov bildirib ki, görüşdə Bakı Enerji Həftəsi ("Baku Energy Week") çərçivəsində əldə edilmiş yeni razılaşmaların enerji sahəsində uğurlu strateji tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcəyini vurğulanıb: “Azərbaycanda bərpa olunan enerji layihələrində BP-nin fəal iştirakını yüksək qiymətləndirdik”.