Azərbaycan millisi bu gün "FIFA series - Edition 2024" turnirində növbəti oyuna çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi kollektiv Bolqarıstan seçməsi ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

Azərbaycan yığması ilk Monqolustanı, Bolqarıstan isə Tanzaniyanı eyni hesabla - 1:0-la məğlub edib.

"FIFA series - Edition 2024"

II Oyun

25 mart

20:00 Azərbaycan - Bolqarıstan 

Baş hakim: Kristo Tohver (Estoniya)

Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya)

Dördüncü hakim: İnqilab Məmmədov