Azərbaycanın Bolqarıstana bu il qaz ixracı artacaq və həcm 2 milyard kubmetrə çatacaq. Bunu millət vəkili Vüqar Bayramov bildirib.

İqtisadiyyat.az xəbər verir ki, millət vəkili bu il üçün Bolqarıstan və Azərbaycan arasnda qaz ixracı ilə bağlı planlaşdırılan həcmi açıqlayıb. 

“İki ölkə arasında aparılan danışıqların nəticəsi olaraq Azərbaycan Bolqarıstana növbəti illərdə , o cümlədən 2023-cü ildə qaz ixracını artıracaq. Bu il Avropa ölkəsi Azərbaycandan illik olaraq 2 milyard kubmetr qaz almaq niyyətindədir”.

Xatırladaq ki, Azərbaycan Bolqarıstana 2022-ci ildən etibarən qaz ixrac edir. Keçən il ölkəyə ixrac edilən Azərbaycan qazının həcmi təxminən 400 milyon kubmetr təşkil edib.