Azərbaycan bankları kibertəhlükəsizlik göstəriciləri və bir sıra sahələrdə Qazaxıstan və Özbəkistandan geri qalıb.

Deloitte-nin yeni "Qazaxıstan Bankçılıq Kibertəhlükəsizliyi İcmalı"na əsasən,Azərbaycan bankları onlayn resurslarının təhlükəsizliyini təmin etməkdə  Qazaxıstan və özbəkistan banklarından daha zəifdir. 

"Diqqəti cəlb etmək  istədiyimiz daha bir müsbət məqam Azərbaycan və Özbəkistan bankları ilə müqayisədə Qazaxıstan banklarının ümumi təhlükəsizlik səviyyəsidir. Təhlillərin 10 istiqaməti üzrə 7 sahədə Qazaxıstan bankları ən yaxşı və ya müqayisəli formada (± 2%) göstəriblər. Buna əsaslanaraq əminliklə bildirmək olar ki, Qazaxıstan bu məsələdə lider olmasa da, birmənalı favoritdir”, - deyə audit şirkəti açıqlamasında qeyd edib. 

Azərbaycan bankları tərəfindən saytın əlçatanlığı da daxil olmaqla, göstərici 57% (Özbəkistanda - 67%, Qazaxıstan - 71%), HTTP təhlükəsizliyi üzrə - 50% (müvafiq olaraq 53% və 60%) təşkil edir. Bununla yanaşı, Qazaxıstan Respublikasının maliyyə institutlarında fərdi məlumatların mühafizəsi tələblərinin yerinə yetirilməsi hələ də zəifdir . Bu göstərici Azərbaycanda 58%,müvafiq olaraq Özbəkistanda 83% və  Qazaxıstanda 58%, təşkil edir