Yanvar-may aylarında Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard qaz ixrac olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

Nazir bildirib ki, bu dövrdə TANAP-la Türkiyəyə 2,3 milyard kubmetr qaz nəql edilib.

"Bu ilin 5 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,4% çoxdur", - məlumatda qeyd olununb.