Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 milyard kubmetr qaz ixrac olunub.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu il ərzində Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac olunub.

Bundan başqa, onun sözlərinə görə, bu dövr Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəyə 0,8 milyard kubmetr qaz nəql edilib.