Azərbaycandan bu ilin yanvar-noyabr aylarında 50,1 milyon ABŞ dolları məbləğində 79,9 min ton alma ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 milyon dollar çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 44 milyon ABŞ dolları dəyərində 69,2 min ton alma ixrac edib.

 

Gözəl Həşimova