Azərbaycandan bu ilin yanvar-avqust aylarında 28,3 milyon ABŞ dolları məbləğində 43 min ton alma ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 921,7 min dollar azdır.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində 45,3 min ton alma ixrac edib.

 

Gözəl Həşimova