İqtisadiyyat Nazirliyi və Asiya İnkişaf Bankı (ADB) arasında ölkənin sosial-iqtisadi inkişaf prioritetləri müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.

"ADB-nin Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktoru xanım Reyçl Tomson ilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, ölkəmizlə Bank arasında sıx əlaqələrin təzahürü olaraq həyata keçirilən layihələr və Bankın Direktorlar Şurasında Azərbaycanın səmərəli təmsilçiliyi barədə müzakirələr apardıq", - deyə o qeyd edib.