Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana qəhvə idxalı 69,2 milyon dollar dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 16,8% çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycana 59,2 milyon dollarlıq qəhvə idxal olunub.
Gözəl Həşimova