Bu ilin yanvar-mart aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 7,3 milyon ton, ixracı isə 6 milyon ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, bu dövrdə 400 milyon kubmetr artımla hasil edilmiş 12,6 milyard kubmetr təbii qazın isə 6,4 milyard kubmetri ixrac olunub.