Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 424 milyon ABŞ dolları məbləğində 408,1 min ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,3% azdır.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,33 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 438,5 milyon ABŞ dolları dəyərində 435 min ton meyvə-tərəvəz ixrac edib.

 

Gözəl Həşimova