Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 37,7 milyon ABŞ dolları dəyərində 609,6 min ton hazır və ya klinker formasında sement ixrac edilib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 6,2% çoxdur.
Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,19%-ni təşkil edib.
Gözəl Həşimova