Bu ilin yanvar-may aylarında Azərbaycandan 251,2 milyon ABŞ dolları məbləğində 230,9 min ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,3 milyon dollar çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,26 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 241,9 milyon ABŞ dolları dəyərində 238,8 min ton meyvə-tərəvəz ixrac edib.

 

Gözəl Həşimova