"AZƏRALÜMİNİUM" elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "TEXNOLOG" MMC olub. Qalib şirkətə 43.150,24 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 150 AZN, predmeti isə müxtəlif mexaniki və elektrik alətlərinin satın alınması ilə bağlıdır.

Satınalan təşkilatın VÖEN-i:  1305481501

Satınalan təşkilatın ünvanı:   Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065

Qeyd edək ki, "Azəralüminium" MMC yanvar ayında da bir-birinin ardınca 10 tender müqaviləsi imzalamışdı. Qalib şirkətlər siyahısında Çİn, Türkiyə, İtaliya və Gürcüstan şirkətləri də yer almışdı.