İqtisadiyyat.az xəbər verir ki, ASC ötən ili 181,4 min manat xalis mənfəətlə başa vurub.

Lakin əvvəlki illə müqayisədə şirkətin xalis mənfəəti 242,5 min manat azalıb. Çünki ASC 2023-cü ili 423,8 min manat xalis mənfəətlə başa vurmuşdu.

Ötən il “Azelektromaş” ASC-nin əsas əməliyyat gəlirləri 2 milyon manat, əməliyyat mənfəti isə 227 min manat təşkil edib. Gəlirlər illik 1,5 milyon manata yaxın, mənfəət 300 min manatdan çox azalıb.

Bu dövrdə şirkətin istifadə edilmiş material ehtiyatları 790 min manat (əvvəlki il 1,7 milyon manat), işçi heyəti üzrə xərcləri 266 min manat (əvvəlki il 231 min manat), amortisaziya xərcləri 16,3 min manat (əvvəlki il 12,5 min manat), digər əməliyyat xərcləri 473,8 min manat (əvvəlki il 718,8 min manat) təşkil edib.