İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.
"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - TASS qeydi) tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır", - Lastayev Aktau yaxınlığındakı təyyarə qəzasının təhqiqatının müddətinə dair sualı cavablandırarkən deyib.