Azad edilmiş ərazilərə növbədənkənar Prezident seçkilərinə qədər köçürülmə olsa, orada səs verə biləcəklər.

İqtisadiyyat.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır: “Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da biz onları qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, orada səs verə biləcək”.