Azərbaycan Televiziyasında,  “Brend Media” şirkətinin hazırladığı “100 İlin Adamları” layihəsi start verir.

PARLA xəbər verir ki, layihə ötən yüzillikdə Azərbaycan tarixində, ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm rol oynamış məşhur azərbaycanlıların həyatından bəhs edir.

Layihənin müəllifi Addım Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadədir.

Layihə çərçivəsində yaradıcı qrup Almaniya, İtaliya, Polşa, Türkiyə, Rusiya və başqa ölkələrdə xüsusi çəkilişlər edib, Məmmədəmin Rəsulzadə, Banin, Qurban Said, Dudenginski, Topçubaşov, Xoyski, Fərman Salmanov, Robert Hossein və onlarla məşhur azərbaycanlının irsini axtarıblar. Bundan başqa həmin şəxslərin varisləri ilə görüşüb, yaşadıqları məkanları ilk dəfə olaraq ekrana gətiriblər.

Layihənin sentyabrın sonunda Azərbaycan Televiziyasında yayımlanması nəzərdə tutulur.