Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “AYNA” informasiya sisteminin yaradacaq şirkət məlum olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sistemi "Az Softvare System" MMC yaradacaq.
AYNA isə bu şirkətə 6 783 949,80 manat ödəniş edəcək.
Xatırladaq ki, "AYNA" informasiya sistemi avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin etmək məqsədi ilə yaradılır.