Bu barədə İqtisadiyyat.az-a AYNA-dan bildirilib.
62 nömrəli (Sabunçu qəsəbəsi, dəmiryolu stansiyası – N.Tusi küçəsi) və 217 nömrəli marşrutlar üzrə (Məmmədli kəndi – "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi) hüquqi şəxs “BakuBus” MMC, 569 nömrəli marşrut üzrə isə (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) hüquqi şəxs “Xan Nəqliyyat R” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, “Xan Nəqliyyat R” MMC 13 dekabr 2024-cü il tarixində 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Abdıyev Ramil Qəzənfər oğludur.