Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin rəisi dəyişib.
İqtisadiyyat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadovun müvafiq əmri ilə Məmmədov Əli Əsgər Rəşid oğlu sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, Ağayev Mehdi Qəzənfər oğlu Bakı şəhəri Reklam İdarəsinin rəisi vəzifəsindən azad olunub.
Xatıradaq ki, Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev də Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsindən azad edilib.