Türkiyənin İstanbul şəhərində yerləşən Ayasofya məscidinin internet saytı istifadəyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Vəqflər İdarəsindən açıqlama verilib.

 Açıqlamaya görə, məscidlə bağlı bütün təfərrüatlar "www.ayasofyaikebircamii.gov.tr" saytında var. Qeyd edilib ki, sayt Mədəniyyət və Turizm Nazirliyi ilə Vəqflər İdarəsi tərəfindən hazırlanıb.

Türk və ingilis dillərində nəşr olunan saytda məscidin tarixi, keçmiş bərpa işləri haqqında məlumatlar, tarixi quruluşa dair rəvayətlər, son bərpa işləri haqqında qeydlər və məscidin təsvirləri yer alıb.