Bu günədək Bakıda 56 486 nəfər nəqliyyat vasitələrinin parklanmasına görə, mobil tətbiq yükləyərək qeydiyyatdan keçib.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 2 148 nəfər balansın artırılması əməliyyatını həyata keçirib.

Xatırladaq ki, avqustun 7-dən Bakıda nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız qaydada aparılır.