Azərbaycanda sərnişin daşıyan avtomobilər üçün daha bir icbari sığortanın geniş miqyasda təbiqi başlayır.

Fins.az xəbər verir ki, bu «Yol hərəkəti haqqında» qanuna təklif edilən dəyişiklikdə nəzərdə tutulub. Qanunun 30-cu maddəsinə (avtomobillərin texniki baxışdan keçirilməsi) təklif olunan dəyişikliyə əsasən, avtomobillər yalnız o vaxt texniki baxışa buraxılacaq ki, onların sahiblərinin mülki məsuliyyəti sığortalansın,  sərnişin daşımaları xidməti həyata keçirən avtomobillər isə həm də sərnişinlərinin fərdi qəza sığortasını etmiş olsunlar.

Başqa sözlə, rayonlararasında sərnişin daşımalarını həyata keçirən avtomobillər – ənənəvi icbari sığortadan başqa, sərnişinlərin fərdi qəza sığortasını da etdirməlidilər ki, texniki baxışa buraxılsınlar.

Xatırladaq ki, Maliyyə Nazirliyinin təsdiqlədiyi «Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması Q A Y D A S I»na əsasən sərnişin avtomobillərində sərnişinlərin icbari surətdə fərdi qəza sığortası etdirmək üçün tariflər hər sərnişin yeri üçün 6 manat nəzərdə tutulub.

Bu sığorta baş verən hadisəyə görə hər bir sərnişin üçün 5000 manata qəldər olmaqla sığorta ödənişi təmin edir.

Avtomobil texniki baxışa daxil olanda onun sığorta edilib-edilməməsi «İcbari sığortalar haqqında» qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.