Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb.

İqtisadiyyat.az bildirir ki, fevralın 23-də Bakı-Şamaxı -Yevlax avtomobil yolunun Abşeron rayon Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində 1968-ci il təvəllüdlü Hacıyev Namik Yusif oğlu idarə etdiyi "Mercedes Benz 190" markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 1961-ci il təvəllüdlü Babayev Elşad Ənvər oğlunu vurub.

Nəticədə piyada E.Babayev xəsarət alıb. O, ötən gün Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı araşdırma aparılır.