Bəzi avtomobil həvəskarları nəqliyyat vasitələrinin dizaynlarının bir-birindən fərqlənmədiyini deyirlər. Bəs bu mübahisədə kim haqlıdır? Şirkətlər rahatlıq üçün oxşar dizaynları seçirlər, yoxsa onların əsaslı səbəbləri var?

İqtisadiyyat.az xəbər verir ki, avtomobil dünyası illərdir çox aktivdir. Ancaq son vaxtlar tez-tez müzakirə olunan bir məsələ var. Buraxılan yeni avtomobillərin ümumiyyətlə eyni dizayna malik olması.

Avtomobil dizaynları oxşar olsa da "dizayn öldü" demək sənayeyə böyük haqsızlıq olardı.  Çünki avtomobil sənayesi mühəndislik üzərində qurulub. Tonlarla hesablamalar aparılır, bu hesablamalar avtomobilin texniki detallarını müəyyənləşdirir. Hər bir avtomobil müəyyən təhlükəsizlik testlərindən keçirilir. Bu qaydalara əməl olunmadığı halda məhsulu bazara çıxarmaq mümkün olmur.

Bu gün bazarda gördüyünüz bütün avtomobillər əslində eyni texniki detallara malikdir. Bütün modellərdə mühərrik, əyləc sistemi, baqaj kimi hissələr var. Əslində, bu dizaynların oxşar olmasının başqa bir səbəbidir.

Riyazi hesablamalara görə ən üst təbəqəni yaradan dizaynerlər növbəti prosesdə markanın ümumi dizaynına diqqət yetirirlər. Daha geniş şəkildə ümumiləşdirsək, bir marka daha kəskin xətlərə, digəri isə yumşaq xəttlərə üstünlük verir. Bəziləri nazik zolaqlı LED fənərlərdən istifadə edir, digərləri isə daha ənənəvi halogen faralardan istifadə edir.

Bir sözlə avtomobil dizaynlarının konkret hesablamalar, bənzər fiqurlar üzərində qurulması bazarda uzun müddət qalıcıdır. Burada ən önəmli detal isə avtomobillərin texniki cihazlarının təhlükəsizliyinin təminatıdır. 

Məhəbbət Məmmədov

b8c04a41367a4b2e59e4e4d47b8f1c6b1f5bc110.jpegbed3c36703a7ca399c149b6ca167888fafc7f8a0%20-%20K%C3%B6%C3%A7%C3%BCr.jpeg