Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib - FOTO 20 iyul 2026, 21:27 Azərbaycanda bəzi işsiz şəxslərə mal-qara veriləcək - 66 milyonluq sifariş - SİYAHI 20 iyul 2026, 11:17 Bu dövlət idarələri birləşdirildi, yeni rəis təyin olundu 20 iyul 2026, 10:21 Sabah 38 dərəcə isti olacaq 19 iyul 2026, 12:25 Azərbaycanda hotel gəlirləri niyə azalır? - Bu obyektlər turizm sektorunda rəqibə çevrilib 17 iyul 2026, 17:00 ADSEA su təchizatı işləri zamanı qazdığı asfalt örtüyünün bərpasına 2 milyon xərcləyəcək 17 iyul 2026, 16:23 “Azad olunmuş ərazilərdə genişmiqyaslı vergi güzəştləri investisiya mühitini daha cəlbedici edir” - RƏY 17 iyul 2026, 14:20 “İndiyədək göndərişdən bircə dəfə də istifadə etməmişəm” - Deputatlar yay tətilini harada keçirəcək? 17 iyul 2026, 13:35 İlham Əliyev Donald Trampa təşəkkür edib 16 iyul 2026, 18:50 İcra başçısı onu özünə müavin təyin etdi - FOTO 15 iyul 2026, 17:59 Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib - FOTO 20 iyul 2026, 21:27 Azərbaycanda bəzi işsiz şəxslərə mal-qara veriləcək - 66 milyonluq sifariş - SİYAHI 20 iyul 2026, 11:17 Bu dövlət idarələri birləşdirildi, yeni rəis təyin olundu 20 iyul 2026, 10:21 Sabah 38 dərəcə isti olacaq 19 iyul 2026, 12:25 Azərbaycanda hotel gəlirləri niyə azalır? - Bu obyektlər turizm sektorunda rəqibə çevrilib 17 iyul 2026, 17:00 ADSEA su təchizatı işləri zamanı qazdığı asfalt örtüyünün bərpasına 2 milyon xərcləyəcək 17 iyul 2026, 16:23 “Azad olunmuş ərazilərdə genişmiqyaslı vergi güzəştləri investisiya mühitini daha cəlbedici edir” - RƏY 17 iyul 2026, 14:20 “İndiyədək göndərişdən bircə dəfə də istifadə etməmişəm” - Deputatlar yay tətilini harada keçirəcək? 17 iyul 2026, 13:35 İlham Əliyev Donald Trampa təşəkkür edib 16 iyul 2026, 18:50 İcra başçısı onu özünə müavin təyin etdi - FOTO 15 iyul 2026, 17:59

Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu

Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu

Sığorta bazarında ilin ilk ayı KASKO seqmentində ziddiyyətli dinamika ilə yadda qalıb. Azərbaycanın sığorta şirkətləri cari ilin yanvarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 5 milyon 452 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz və ya 164 min manat azdır. 2025-ci ilin yanvarında bu göstərici 5 milyon 616 min manat təşkil etmişdi. Eyni zamanda bu ilin yanvarında ödənişlər artıb - KASKO üzrə 2 milyon 429 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 1,6 faiz və ya 38 min manat çoxdur. Nəticədə zərər əmsalı yüksələrək hər 100 manat yığıma qarşı 44,6 manat ödəniş səviyyəsinə çatıb. Yığımların azalması və ödənişlərin artması fonunda bazarın hansı istiqamətdə hərəkət etdiyi maraq doğurur. Bəs, görəsən, 2,9 faizlik azalma mövsümi dalğalanmadır, yoxsa daha dərin proseslərin ilkin siqnalıdır?

Müəllif

Cavad Qarayev