Azərbaycandan ötən ilin yanvar-noyabr ayları ərzində Avstriyaya neft ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 98,2% artaraq 266,5 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin Avstriyaya ixrac etdiyi neftin dəyəri isə 62,1 milyon dollar və ya 69 % artaraq 152,1 milyon dollar olub.

 

Gözəl Həşimova