Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar olaraq Avstriya maliyyə yardımı ayıracaq və Türkiyəyə öz hərbçilərini göndərəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Avstriya kansleri Karl Nehammer Tviter hesabında yazıb. O, qeyd edib: 

"Zəlzələdən sonra yayılan görüntülər Türkiyə və Suriyada dəhşətli dağıntıların və qurbanların olduğunu göstərir. QUrbanların ailələrinin yanındayıq. Bu çətin günlərdə Türkiyə və Suriya xalqlarının yanındayıq".

 

O bildirib ki, Avstriya 3 milyon avro vəsait ayıracaq və 80 hərbçini zəlzələ bölgəsinə göndərəcək.