Avrozonada yanvar ayında 2,8% olan illik inflyasiya fevral ayında 2,6%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Hesabat dövründə bölgədə aylıq inflyasiya 0,6% təşkil edib. Fevral ayında inflyasiya Almaniyada 2,7%, Fransada 3,1%, İtaliyada 0,9%, İspaniyada isə 2,9% təşkil edib.

Avrozonada dekabrda 6,5% olan işsizlik səviyyəsi yanvar ayında 6,4%-ə enib. Belə ki, 25 yaşa qədər işsiz olan gənclərin sayı Avrozonada 2 milyon 315 min olaraq müəyyən edilib.

 

Gözəl Həşimova