Ötən ay Avrozonada illik inflyasiya 2,2% təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropanın Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, iyul ayında regionda illik inflyasiya 2,6% səviyyəsində olub.

Beləliklə, Avrozonada inflyasiya 2021-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə enib. Bölgədə aylıq inflyasiya isə 0,1%-dən 0%-a enib.

 

Gözəl Həşimova