Avropa İttifaqı daxili tələbatın azalması səbəbindən artım proqnozunu aşağı salıb. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu, Avropa İttifaqı (Aİ) Komissiyasının hazırladığı "2023-cü ilin Yay üçün Avropa İqtisadi Proqnozları" hesabatında yer alıb.

"Aşağı inflyasiya və güclü əmək bazarına baxmayaraq böyümə sürətinin yavaşlaması" başlıqlı hesabata görə, Avropa İttifaqının iqtisadiyyatının 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,4 faiz, avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə isə 1 faiz böyüməsi gözlənilir. 

Halbuki Aİ Komissiyasının əvvəlki "Bahar" hesabatında Avropa İttifaqının bu il 1 faiz, gələn il 1,7 faiz, avrozonada isə bu il 1,1 faiz, gələn il isə 1,6 faiz artım proqnozlaşdırılmışdı. 

Hesabatda Almaniya iqtisadiyyatının bu il 0,4 faiz kiçiləcəyi və gələn il 1,1 faiz, Fransanın isə bu il 1 faiz, gələn il isə 1,2 faiz artacağı gözlənilir.

Gülşən Şərif