Avrora Maliyyə analitiki vəzifəsinə işçi axtarır.

Əsasə vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının hazırlanması;
  • Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
  • Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
  • Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
  • Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
  • Malların marjinallığının hesablanması və təhlil edilməsi;
  • Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi;

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
  • Problem həll etmə bacarığı;
  • Dəqiqlik. detallara diqqət yetirmək qabiliyyəti;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
  • Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
  • İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzuolunandır) istifadə etmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır;

İş şərtlərimiz:

  • Həftədə 5 iş günü;
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə analitiki” yazaraq hr@avrora.az elektron adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  •  
  •