“Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə İqtisadiyyat.az-a şirkətin idarə heyətindən bildirilib. Məlumata görə, yığıncaqda Səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyası (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, şirkət 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 min 70 manat, qanuni təmsilçisi isə Gülqayit Haciəli Qızı Quliyevadır.