Avropada təbii qazın qiyməti 10,5% bahalaşıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Avropada qazın qiyməti bu gün 36,2 avrodan ticarətə açılıb. Buna səbəb dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarından biri olan Avstraliyada bəzi obyekt işçilərinin maaş artımı ilə bağlı tətili olub.

Əlavə edək ki, Avstraliya ötən il 80,9 milyon ton LNG ixracı ilə dünyanın ən böyük ixracatçısı olub. Ölkə qlobal LNG ticarətində 20,1% paya sahibdir.

 

Gözəl Həşimova