"Tesla Model Y" elektrik avtomobili avqust ayında Avropa bazarlarında ən çox satılan avtomobil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "JATO Dynamics" tədqiqat şirkətinin hesabatında deyilir.

Ümumilikdə, avqust ayında Avropa İttifaqında 21,5 min "Tesla Model Y" elektrikli avtomobil satılıb. Bu da ötən ilin avqust ayı ilə müqayisədə 208% çoxdur.

Hesabat dövründə Avropa bazarlarında satış həcminə görə "Peugeot 208" ikinci, "Volkswagen T-Roc" üçüncüdür. Daha sonra "Fiat 500", "Dacia Sandero", "Volkswagen Golf", "Opel Corsa", "Renault Clio" və "Citroen C3" gəlir.

Satış həcminə görə marka sıralamasında "Volskwagen", "Toyota", "BMW", "Audi" və "Skoda" ilk beşliyi təşkil edir.

 

Gözəl Həşimova