İstanbul Hava Limanı 26 fevral-3 mart tarixləri arasında Avropanın ən işlək hava limanı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) məlumat yayıb.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1321 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul Hava Limanını gündə 1283 uçuşla "Heathrow", 1266 uçuşla "Amsterdam Schiphol", 1169 uçuşla "Şarl de Qoll" və 1131 reyslə "Frankfurt" Hava Limanları izləyib.

 

Gözəl Həşimova