Avropanın ən böyük loukoster olan "Ryanair" aviaşirkəti2020-ci maliyyə ilini (31 mart 2021-ci il tarixində bitib) 815 mln. avroluq zərərlər başa vurub.

Məlumata görə, keçən maliyyə ili "Ryanair"in bütün 35 illik tarixində ən çətin oldu. Koronavirus pandemiyası səbəbindən bir çox Avropa ölkəsi hökumətinin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən daşımaların həcmi 81% azalaraq 149 milyondan 27,5 milyona düşdü.

"Avropa əhalisinin əksəriyyəti sentyabr ayınadək peyvənd olunarsa, cari maliyyə ilinin ikinci yarısında aviadaşımaların, iş yerlərinin və turizmin ciddi bərpasına ümid etmək olar. Aprel ayından bəri həftəlik sifarişlərdəki artım bərpanın artıq başladığını göstərir", - "Ryanair"in məlumatında deyilir.