Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada qaz çatışmazlığı riski barədə xəbərdarlıq edilib.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Almaniya Qaz Anbarı Operatorları Assosiasiyasının (INES) bəyanatında deyilir.

Məlumata görə, Almaniya yeni mayeləşdirilmiş təbii qaz (LNG) terminalları, anbarlar və qaz kəmərləri inşa etməsə, 2027-ci ilin əvvəlinə qədər ciddi qaz çatışmazlığı ilə üzləşəcək.

Hazırda ölkədə qaz anbarları 90% doldurulub. Bununla belə, növbəti istilik mövsümündə soyuq hava Almaniyanın enerji təhlükəsizliyi üçün risk yaradır.

 

Gözəl Həşimova